Ru
23:26 / 20 Yanvar 2020

Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti ilə görüşüb

2848
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.


BakuPost-un məlumatına görə, Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə "VTB Bank"ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank" arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, "VTB Bank" bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər