Ru
16:57 / 15 Aprel 2019

"Prezident İlham Əliyevdən üzr istəyirəm" - Fədayə Laçının MƏHKƏMƏSİNDƏN

4039


Xüsusi təyinatlı vaqondan criminal avtoritetlərin qaçmasına kömək
etməkdə təqsirli bilinərək həbs edilən müğənni Fədayə Laçın və daha 12 nəfərin
şikayəti əsasında məhkəmə davam edib.


Bakupost.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində
hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə konvoy taborunun sabiq
komandiri Bəhruz Abdullayev çıxış edib. O deyib ki, dəstə başçısı kimi təqdim olunması ona təsir
edir: "21 illik xidmət dövrüm var. Həmişə
sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə,
xəyanət etməmişəm. Onu qeyd edim ki, heç zaman Fadəyə Laçının "Qoca"
ilə görüşməyinə icazə verməmişəm.Etibara hər zaman kinim olub. O,
1998-ci ildə "mololetka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı
öldürüb. Mənim elə bir cinayətkarın kimləsə
qanunsuz görüşməsinə, qaçmasına necə şərait yaratdığımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları
almışam. Sadəcə, məni mütəşşəkil dəstənin
başçısı kimi təqdim etmələri yandırır.Komandır kimi həbs edə bilərdilər.Amma bu ittihamlarla yox. Məni
rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm"


Həbsdə olan polkovnik çıxışının sonunda baş verən hadisəyə
görə prezident İlham Əliyevdən və komandirlərindən
üzr istəyib və bağışlanmasını istəyib.


Proses aprelin 22-də davam edəcək.


Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların
qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə
İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən
şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs
qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə
Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il,
qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay,
Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva
6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan
Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il
müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər