Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevi təltif edib.
Bakupost.az xəbər verir ki, bu barədə dövlət başçısı sərəncam imzalayıb.
Sərəncama əsasən, Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sənəddə qeyd edilib ki, R.Vəliyev Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif olunur.