Rusiya prezidenti Vladimir Putin Amur vilayətində An-24 təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatlandırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Qeyd edək ki, Amur vilayətində itən An-24 təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə təyyarənin göyərtəsində olan 49 nəfər həyatını itirib.