Ru
19:07 / 25 İyul 2025

Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə razılıq verdi

Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə razılıq verdi
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə mümkün üçtərəfli görüşə yaşıl işıq yandırıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərə açıqlamasında bildirib.

O, görüşün keçirilməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən belə bir dialoqun baş verməsinin real olduğunu bildirib.

“Bu baş verəcək. Amma bu, üç ay əvvəl baş verməli idi”, - deyə Tramp söyləyib.

Xatırladaq ki, Trampın bu bəyanatı iyulun 23-də İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının fonunda səslənib. Sülh gündəliyi çərçivəsində baş tutan üçüncü raundda Rusiya nümayəndə heyətinə Vladimir Medinski, Ukrayna tərəfinə isə Rustem Umerov rəhbərlik edib. Görüş başlamazdan əvvəl tərəflər təkbətək görüş keçirib, daha sonra isə əsas müzakirələrə keçilib.

Təxminən 40 dəqiqə davam edən danışıqlar nəticəsində tərəflər yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də qarşılıqlı mübadiləsi barədə razılıq əldə ediblər. Rusiya nümayəndə heyəti Ukraynaya üç onlayn işçi qrupunun yaradılmasını təklif edib. Bu qrupların siyasi, hərbi və humanitar məsələlərin həllinə yönələcəyi bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar