"Xalq artisti Arif Babayevin səhhəti dövlət qurumları tərəfindən nəzarətə götürülüb".
Bakupost.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, A.Babayevin sağalması üçün bütün həkimlər səfərbər ediliblər:
"Nazirlik olaraq ilk gündən ailəsinin yanındayıq. Sənətkarımızın intensiv müalicəsi davam etdirilir. Nazirliyin əməkdaşları da onun səhhəti ilə maraqlanır, mütəmadi nəzarətdə saxlayırlar. Əlavə nə lazım olarsa, nazirlik olaraq üzərimizə düşəni etməyə hazırıq".
***
12:01
Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
Bakupost.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.
“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.