Ru
22:00 / 26 Fevral 2026

Putinin elçisi Cenevrədə – Trampın adamları ilə kritik görüş…

Putinin elçisi Cenevrədə – Trampın adamları ilə kritik görüş…
Eye

Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq üçün Cenevrəyə gəlib.


Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Danışıqların “Four Seasons” otelində keçirilməsi planlaşdırılır. Rusiya prezidentinin xüsusi elçisi otelə Bakı vaxtı ilə saat 18:25-də gəlib. Həmin vaxt ABŞ nümayəndə heyəti artıq orada olub və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və İqtisadiyyat naziri Aleksey Sobolevlə danışıqlar aparıb. Onlar iqtisadi məsələləri müzakirə ediblər.

Bu arada, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dmitriyevin Cenevrəyə getməsindən xəbərsiz olduğunu bildirib.

“Dmitriyev iqtisadi proseslərdə işlərini davam etdirir. Onun müxtəlif əlaqələri var. Hazırda onun Cenevrədə olub-olmadığını dəqiq deyə bilmərəm”, – Peskov vurğulayıb.

Qərb mediasının məlumatına görə, Dmitriyevin həmçinin Uitkoff və Kuşnerlə Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar