Ru
22:37 / 26 Fevral 2026

Nüvə dövlətinə hücum edildi, cavabı ağır oldu - Video

Nüvə dövlətinə hücum edildi, cavabı ağır oldu - Video
Eye

Əfqanıstan hərbi hakimiyyəti bir neçə gün əvvəl Pakistanın hava hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirməyə başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Bildirilib ki, Pakistan qüvvələrinin Nəngərhar və Paktiya əyalətlərində həyata keçirdiyi son hava hücumlarından sonra cümə axşamı ağır toqquşmalar başlayıb.

TASS-ın yaydığı məlumatda isə hücumlar nəticəsində Əfqanıstan qüvvələrinjn Pakistanın səkkiz sərhəd məntəqəsini ələ keçirdiyi bildirilib.

Məlumatına görə, Nənqərhar əyalətinin Qoşt rayonunda, eləcə də Kunar əyalətində müəyyən nöqtələr ələ keçirilib.

Pakistan ordusu isə Talibanın istehkamına tank əleyhinə idarə olunan raketlə zərbə endirib.

Taliban sərhəd boyunca on mövqeni ələ keçirdiyini və beş obyekti məhv etdiyini iddia edib.

Pakistanın İnformasiya Nazirliyi Əfqanıstan tərəfində ağır itkilər olması barədə məlumat yayıb.

***

Pakistan silahlı qüvvələri Əfqanıstan qoşunlarını geri çəkilməyə məcbur edərək üç sərhəd postunu məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Pakistanın Xayber Paxtunxva əyalətinin Çitral və Bajaur rayonları ilə həmsərhəd ərazilərdə Əfqanıstan mövqeləri məhv edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar