Ru
23:06 / 26 Fevral 2026

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Bakupost.az xəbər verir ki, daha sonra dövlətimizin başçısı Xocalı sakinləri ilə söhbətləşib:

Qadın sakin: Bizə bu sevinci yaşatdınız, qürur duyuruq Sizinlə. Cənab Prezident, razı olarsınızmı Sizin boynunuzu qucaqlayıb, üzünüzdən öpüm. Ona görə ki, 2011-ci ildə Siz mənim evimdə çıxış etmisiniz. Siz orada mənə söz verdiniz ki, vaxt gələcək torpaqlarımız alınacaq, sizə bundan da gözəl evlər tikiləcək. Şükür, Allah Sizi qorusun. Allah sənin balalarını, ailəni qorusun. Allah Sizi mərdimazarlardan, düşmənlərdən qorusun. Sizinlə fəxr edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Sağ olun.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar