Ru
21:27 / 08 İyun 2026

Putinin sirli emissarı ortaya çıxdı

Putinin sirli emissarı ortaya çıxdı
Eye

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko maraqlı açıqlama ilə çıxış edib.


Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, o, rusiyalı milyarder Roman Abramoviçin may ayında Kiyevə gələrək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü bildirib.

Deputat deyib ki, Abramoviç daha sonra əldə etdiyi məlumatları Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Qonçarenko qeyd edib ki, Putin bir müddət əvvəl adı açıqlanmayan rusiyalı biznesmenin Zelenski ilə görüşərək danışıqlar mövzusunu müzakirə etdiyini bildirmişdi. Həmin görüşlərin isə nəticə vermədiyi vurğulanıb.

Məlumata görə, Abramoviç Moskva ilə Kiyev arasında vasitəçi rolunda ilk dəfə çıxış etmir. O, 2022-ci ildə Rusiya-Ukrayna danışıqlarında iştirak edib, həmçinin bir sıra əsir və məhbus mübadilələrinin təşkilində vasitəçilik missiyası yerinə yetirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar