Amerika lideri Donald Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenskiyə mənfi münasibət bəsləyir.
Bakupost.az xəbər verir ki, jurnalistlərdən birinin Putinin Zelenski ilə niyə görüşməyə həvəsli olmadığı ilə bağlı sualını cavablandırarkən belə deyib.
“Çünki onu sevmir. Mənim xoşuma gəlməyən insanlar var. Onlarla görüşməyi xoşlamıram. Bəzən bəyənmədiyim insanlarla da görüşməyi xoşlayıram. Putin və Zelenski isə bir-birlərini həqiqətən sevmirlər”, - o deyib.