Almaniyada hakim Xristian Demokrat İttifaqının (CDU) aparıcı simalarından biri və kansler Fridrix Merzin yaxın müttəfiqi Yens Şpan ABŞ-də daşıyıcı ana vasitəsilə övlad sahibi olması ilə bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən istefa verib.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Şpan istefa məktubunda həyat yoldaşı ilə ailə quraraq ata olmasının siyasi vəzifəsi ilə uzlaşmadığını bildirib.
Qeyd edək ki, Almaniyada daşıyıcı analıq qadağandır və CDU da bu mövqeni dəstəkləyir. Bununla belə, xaricdə daşıyıcı ana vasitəsilə dünyaya gələn uşağın Almaniyada böyüdülməsi qanunla qadağan edilmir. Məhz bu səbəbdən Şpanın addımı partiya daxilində və ictimaiyyətdə ikiüzlülük ittihamlarına səbəb olub. O, əvvəllər də daşıyıcı analığın qadağan edilməsinin tərəfdarı kimi çıxış etmişdi.
Artan təzyiqlər fonunda Yens Şpan parlament fraksiyasının rəhbəri postundan istefa verdiyini açıqlayıb. Kansler Fridrix Merz isə bu qərarı qaçılmaz və doğru addım kimi qiymətləndirib.