Ru
12:02 / 09 Yanvar 2026

“Nəsimi Nəbizadə olayı qanun pozuntusudur” – Tanınmış hüquq müdafiəçisi

“Nəsimi Nəbizadə olayı qanun pozuntusudur” – Tanınmış hüquq müdafiəçisi
Eye

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb. Daha sonra jurnalist Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənərkən tapılıb. Bildirilir ki, mərkəzin əməkdaşları onun ardınca Saray qəsəbəsinə gediblər.


Bakupost.az xəbər verir ki, bu xəbər cəmiyyətdə geniş müzakirə olunur. Tanınmış ictimai xadimlər hadisəylə bağlı fikirlərini bildirirlər. Bu açıqlamalardan biri tanınmış hüquq müdafiəçisi, hazırda Almaniyada yaşayan Əlövsət Əliyevdən gəlib.




Əlövsət Əliyev sosial şəbəkədəki statusunda yazıb ki, Nəsibi Nəbizadənin razılığı olmadan “Qurtuluş” adlı reabilitasiya mərkəzində saxlanılması, oranı tərk etdikdən sonra axtarılması, yenidən qaytarılması cəhdi və bu prosesin ictimailəşdirilməsi açıq-aşkar hüquq pozuntusudur.

“Baş verənlər şəxsi azadlıq hüququ və şəxsi həyatın toxunulmazlığı ilə ziddiyyət təşkil edir. Asılılıqdan müalicə yalnız könüllülük əsasında mümkündür. Məcburi qaydada saxlanma və zorla geri qaytarılma qanunsuz azadlıqdan məhrumetmə əlamətləri yaradır”.

Hüquq müdafiəçisi bildirib ki, şəxsin vəziyyətinin onun razılığı olmadan ictimailəşdirilməsi isə şərəf və ləyaqətin alçaldılması, şəxsi məlumatların qanunsuz yayılması və etik normaların kobud şəkildə pozulmasıdır: “Reabilitasiya adı altında aparılan bu fəaliyyət daha çox özünüreklam naminə insan hüquqlarının tapdanmasıdır.

Nəsibi Nəbizadənin axtarışı və tapılması yalnız ailə üzvlərinin rəsmi müraciəti və hüquq-mühafizə orqanlarının səlahiyyəti daxilində mümkün ola bilər. QHT və ya ayrı-ayrı şəxslərin bu cür hərəkətləri qanunsuzdur və cinayət-hüquqi məsuliyyət doğura bilər”.

“Hesab edirik ki, reabilitasiya mərkəzi adı altında fəaliyyət göstərən bu qurumun işi dərhal araşdırılmalı, məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməlidir”, – deyə Əlövsət Əliyev fikrini yekunlaşdırıb.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar