Ru
09:28 / 04 Mart 2021

"Qarabağ razılaşmasının şərtləri pozulur" - Türkiyəli general - VİDEO

2037
Ermənistan 10 noyabr bəyanatını pozur və öz hərəkətləri ilə bunu açıq-aşkar nümayiş etdirir.

Bunu Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Kahraman Güneş açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Qarabağ sakinləri öz dədə-baba yurdlarına qayıtmalı və bundan sonrakı həyatlarını təhlükəsiz şəkildə orada yaşamalıdırlar. Ancaq Ermənistanın, demək olar ki, hər yerə basdırdığı minalar bu işi çox ləngidir və çətinləşdirir.

Türkiyəli general-mayor deyir ki, Ermənistan hazırda təkcə 10 noyabr sazişini yox, həm də BMT-nin minaların qadağan olunması ilə bağlı müqaviləsini pozur.

Kahraman Güneş hesab edir ki, Azərbaycan sözügedən ərazilərin minalardan təmizlənməsi prosesinə bu sahə üzrə daha peşəkar və böyük təcrübəyə malik beynəlxalq şirkətləri cəlb etməlidir.

Kahraman Güneş həmçinin bildirib ki, Ermənistanı təzyiq altında saxlamaq üçün xarici mediada mütəmadi olaraq müxtəlif verilişlər və sənədli filmlər nümayiş olunmalıdır./AZSABAH.COM

Daha ətraflı videomaterialda:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər