Ru
10:59 / 10 Avqust 2020

Qaradağ postunda özbaşınalıq: “Rəis qanun tanımır, maşınımı 5 gündür mənə vermirlər”

Qaradağ postunda özbaşınalıq:  “Rəis qanun tanımır, maşınımı 5 gündür mənə vermirlər”
Eye

“Qaradağ postunda qanunlar kobud şəkildə pozulur. Sürücülərə qarşı kobud davranılır. Posta yeni təyin olunmuş rəis Bakı Şəhər Baş Yol Polisində müavin işləyən qardaşına arxayın olub, özbaşınalıq edir, şikayətçiləri dinləmir”.

Bu sözləri "BakuPost"a "Mercedes sprinter" markalı, 99-XD-482 dövlət qeydiyyat nişanlı avtomobili 5 gündür, qanunsuz olaraq cərimə meydançasında saxlanılan sürücü Elmir Nəzərov deyib.

Bildirib ki, 6 avqust tarixində Bakıya gələn zaman Qaradağ postunda maşınını saxlayıblar:
"Maşınımda sənədsiz adam olmayıb, Bakı qeydiyyatında olanlar və xəstəxanaya gedənlər var idi. Maşına 200 manat cərimə yazdılar və dayanacaqda saxladılar. Orada da bir kapitan var, heç kəsə qulaq asmır, zəngə cavab vermir, kəlmə kəsmir. Maşınıma yazılan cərimə hansı əsasla yazılıb onu da demir. Demir ki, maşını buraxacam ya buraxmayacam, qalacaq burda. Çünki onun yaxın adamları Bakı şəhər Yol Polis İdarəsində yüksək vəzifəli şəxsdir”.


E. Nəzərov avtomobilinin qanunsuz olaraq dayanacaqda saxlanıldığını deyir: “Cərimə yazıblarsa, maşını nəyə görə dayanacaqda saxlamalıdırlar ki? Bu hansı qanunda yazılıb? 200 manatlıq cərimə yazılıbsa, maşınımı da buraxmalıdırlar. Həmin gün səhər saat 06:00-da “102” xidmətinə və 902 “Qaynar xətt”inə zəng etdim. Qeydə aldıqlarını və xəbər edəcəklərini dedilər. Amma heç bir xəbər yoxdur. İndi də nə “102” cavab verir, nə “902”. Bəs mən dərdimi kimə deyim? Post rəisi də heç kimi qəbul etmir. Ümumiyyətlə, Qaradağ postu çoxdandır ki, özbaşınalıq edir. İndi isə tamamilə heç kimi saymır, heç kimə hörmət etmir. Buna başqa ad vermək olmur”.

Şikayətçi bildirib ki, qanunsuz olaraq avtomobilinin cərimə meydançasına salınması ona maddi və mənəvi ziyan vurub.
Sürücü Daxili İşlər naziri Vilayət Eyvazovun məsələni diqqətə götürəcəyinə ümid edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar