Ru
19:45 / 27 Yanvar 2021

"“Qaynar xətt”in ləğv edilməsindən xəbərim yoxdu" - İSA HƏBİBBƏYLİ

1927

"AMEA-nın Dilçilik institutundakı “Qaynar xətt”in fəaliyyətinin dayandırılmasından xəbərim yoxdur".


Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli "Rupor"a açıqlamasında deyib.
Filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmlinin şəxsi "Facebook" hesabında yazdığı "AMEA-nın Dilçilik institutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib" - ittihamını saytlardan oxuduğunu bildirən İ.Həbibbəyli belə məsələlərlə bağlı İnstitutun direktoruna müraciət etmətin məqsədəuyğun olduğunu vurğulayb.

Xatırladaq ki, Q.Məhərrəmli “Qaynar xətt”in Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradıldığını yazıb və qeyd edib ki, işlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı: "İndi başqa akademiklər-AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və institutun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdırlar. Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə QƏSD və bağışlanmaz CİNAYƏT hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsələyə biganə qalmayacaqlar".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər