Ru
09:25 / 12 Yanvar 2026

Qazaxda köməkçi tikilidə yanğın – VİDEO

Qazaxda köməkçi tikilidə yanğın – VİDEO
Eye

Qazax rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Məlum olub ki, yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verib. Havanın küləkli olması alovun bitişik tikililərə yayılma riskini yüksəldib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğının genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan tikilinin 16 kvadratmetrlik konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar