İran hökuməti ölkədə baş verən etiraz aksiyaları fonunda ölənlərlə əlaqədar üçgünlük matəm elan edib.
Bakupost.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, matəm İranın “ABŞ və İsrailə qarşı apardığı “milli mübarizə” çərçivəsində etirazların yatırılması zamanı həlak olan polis və təhlükəsizlik qüvvələrinin xatirəsinə” elan olunub. Hakimiyyət bu addımı təhlükəsizlik qüvvələrinin itkiləri ilə əsaslandırır.
Bununla yanaşı, İran hökuməti etiraz aksiyaları zamanı öldürülən mülki şəxslər və nümayişçilərlə bağlı hər hansı rəsmi məlumat açıqlamayıb. Bu fakt cəmiyyətdə və sosial mediada ciddi narazılıq doğurub. İran hakimiyyəti yalnız öz itkilərinə ağlayır, xalqın ölümünə yox!
Cavid, BakuPost