Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Bakupost.az “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb. Bakı istiqamətinə hərəkət esən “Mercedes” markalı avtobus “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü 1988-ci il təvəllüdlü Zaur Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtobusdakı digər sərnişinlər mikroavtobusla Bakı şəhərinə yola salınıb.
Faktla bağlı araşdırma başlanılıb.