Yanvarın 10-da Keşlə qəsəbəsi sakini dəm qazından boğularaq ölüb.
Bakupost.az xəbər verir ki, 71 yaşlı Gülxar Əhədova yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
***
10:02
Lökbatanda 66 yaşlı kişi də dəm qazından boğulub.
Bakupost.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti dünən saat 13 radələrində yaxınları tərəfindən aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.