Ru
10:12 / 25 Fevral 2026

Qazaxıstan auditorları Azərbaycan büdcəsində yoxlama apardı – FOTO

Qazaxıstan auditorları Azərbaycan büdcəsində yoxlama apardı – FOTO
Eye

Qazaxıstan Ali Auditorlar Palatasının nümayəndələri Azərbaycan Hesablama Palatasının 2025-ci maliyyə ili üzrə maliyyə hesabatlılığının auditini həyata keçiriblər.

Bakupost.az xəbər verir ki, yoxlama 2024–2025-ci illərdə iki ölkənin ali audit orqanlarının rəhbərləri arasında baş tutan ikitərəfli görüşlər və qarşılıqlı səfərlər nəticəsində əldə olunmuş razılaşmalar çərçivəsində aparılıb. Bu barədə Qazaxıstan Respublikasının Ali Auditorlar Palatası məlumat yayıb.

Palatadan bildirilib ki, audit Qazaxıstan və Azərbaycan arasında peşəkar əməkdaşlığın inkişafında mühüm mərhələdir. Proses ali audit orqanlarının fəaliyyətində şəffaflıq, hesabatlılıq və müstəqillik prinsiplərinin möhkəmləndirilməsinə yönəlib. Status baxımından bərabər qurumlar tərəfindən aparılan qarşılıqlı audit təcrübəsi beynəlxalq standartlara uyğundur və dünya audit praktikasında geniş tətbiq olunur.



Auditorlarının sözlərinə görə, əsas məqsəd Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlılığının beynəlxalq mühasibat uçotu və audit standartlarına uyğunluğunun qiymətləndirilməsidib. Xüsusi diqqət maliyyə göstəricilərinin düzgün əks etdirilməsinə və daxili nəzarət sisteminin effektivliyinə yetirilib.

Audit prosedurlarına normativ bazanın və maliyyə sənədlərinin ilkin təhlili, daxili nəzarət sisteminin qiymətləndirilməsi, maliyyə hesabatlılığının tamlığı və etibarlılığının yoxlanılması, həmçinin məsul vəzifəli şəxslərlə müsahibələr daxildir. Bu kompleks yanaşma maliyyə idarəçiliyi üzrə obyektiv mənzərə əldə etməyə imkan verib.

Auditin səyyar mərhələsi 17-20 fevral tarixlərində Bakıda keçirilib. Səfər çərçivəsində yoxlanılan qurumun aidiyyəti struktur bölmələri ilə işgüzar görüşlər də baş tutub.

Qurumda qeyd edilib ki, görülən işlərin yekununda maliyyə hesabatlılığının etibarlılığına dair qiymətləndirmə və maliyyə idarəçiliyi ilə daxili nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə tövsiyələri əks etdirən auditor rəyi hazırlanacaq.

Vurğulanır ki, bu formatda əməkdaşlıq dövlət institutları arasında etimadı gücləndirir və dövlət auditinin keyfiyyətini artırır. Qazaxıstan və Azərbaycanın ali audit orqanları beynəlxalq təşkilatlar çərçivəsində təcrübə mübadiləsini davam etdirməyi, qarşılıqlı əlaqələri genişləndirməyi və maliyyə nəzarətinin səmərəliliyinin artırılmasına yönəlmiş birgə layihələr həyata keçirməyi planlaşdırır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar