Rusiyada dəfn xidməti əməkdaşları mərhum şəxsi qarət etməkdə ittiham olunub. Hadisə zamanı onların hərəkətləri gizli kamera tərəfindən qeydə alınıb.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, 45 yaşlı kişi evinin yaxınlığındakı mağazaya gedərkən özünü pis hiss edib və pilləkəni qalxarkən yıxılaraq vəfat edib.
Bir müddət sonra qonşular kşini yerdə uzanmış vəziyyətdə görüb təcili yardıma zəng ediblər. Həkimlər ölüm faktını qeydə aldıqdan sonra, meyitin aparılması üçün hadisə yerinə dəfn xidməti işçiləri yerinə gəlib.
Nəşin daşınması zamanı mərhumun ciblərini eşələyən xidmət işçiləri 6 min rubl (təxminən 135 manat) götürüblər. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Göürnütüləri izləyən mərhumun yaxınları polisə müraciət edib. Şübhəli şəxslər qısa müddətdə saxlanılıb. Faktla bağlı oğurluq maddəsi üzrə cinayət işi açılıb.
Cavid, BakuPost