Ru
16:19 / 19 Noyabr 2025

Qəzaya uğrayan təyyarədə 5 saniyə detalı... – C-130-da neçə ton yük olub?

Qəzaya uğrayan təyyarədə 5 saniyə detalı... – C-130-da neçə ton yük olub?
Eye

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Azərbaycan-Gürcüstanın sərhədinin yaxınlığında qəzaya uğrayan “C-130” hərbi nəqliyyat təyyarəsi ilə bağlı yeni açıqlamalar verib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, təyyarənin qara qutusunun analizinin iki ay çəkə biləcəyini bildirib:

“İlkin məlumatlara görə, əvvəlcə təyyarənin quyruğu qopub. Daha sonra isə o, üç yerə bölünür. Bunlar qara qutudan çıxacaq. Qara qutu hazırda TUSAŞ tərəfindən araşdırılır”.

Nazir qeyd edib ki, Türkiyə C-130-ları 1957-ci ildən bəri istifadə edir:

"1999-cu ildə bir dəfə mühərrik yanğını baş versə də, təyyarəni sağ-salamat endirə bildik. Bu səbəbdən ümumi olaraq etibarlı təyyarədir”.

Türkiyəli nazir bildirib ki, istintaqla birbaşa əlaqəli olmasa da, təyyarənin quyruq hissəsini itirməsindən sonra sükan və yüksəklik nəzarəti tamamilə mümkünsüz olur, təyyarənin ağırlıq mərkəzi irəliyə keçir, burnu isə tamamilə idarəolunmaz vəziyyətə gəlir.

Bu vəziyyətdə havada qalmağa çalışan təyyarə güclü təzyiqlə qarşılaşır və əsas konstruksiyaya çox ağır yük düşür. Bu müqavimət təyyarənin burnunu, qanadlarını və mühərriklərini parçalaya bilər.

Təyyarə düşdüyü anda çəkilən videoda 4 mühərrikin də yerində olduğu görünür. Quyruq hissəsinin qopmasından sonra təyyarənin burnu hava müqaviməti səbəbilə müəyyən vaxtdan sonra parçalanmış ola bilər.

“C-130” qəzalarında təyyarənin quyruq hissəsinin qopduğu video görüntülərdən açıq-aşkar görünür. Quyruq əsas gövdədən sonra yerə düşür.

Görüntülərə əsasən, quyruq dağıntılardan xeyli uzaq məsafədə yerə çırpılıb. Quyruq havada olarkən təyyarənin əsas gövdəsinin yerə çırpıldığı və tüstünün yüksəldiyi müşahidə olunur.

Quyruğun təyyarədən uzaq məsafəyə düşməsi, həmin hissənin havada qopmasından sonra pilotların bir müddət təyyarəni idarə etməyə çalışdıqlarının, nəzarət mümkünsüz hala gəlsə belə, havada qalmağa cəhd etdiklərinin göstəricisi ola bilər.

Ortaya çıxan detallara əsasən, 20 hərbçinin şəhid olduğu C-130 qəzasında faciəəyə səbəb olan hadisələrin cəmi 5 saniyə ərzində baş verdiyi qeyd olunur.

Təyyarənin quyruğu qopduqda burnun tamamilə nəzarətsiz hərəkət etməyə başladığı bildirilir.

İstintaq zamanı nəzərdən keçirilən məsələlərdən biri də təyyarədəki 6 tonluq yükdür. Yük təyyarənin arxa hissəsinə yüklənibmiş. Azərbaycandakı tədbirlərdə iştirak edən döyüş təyyarələri üçün aparılan avadanlıq eyni təyyarə ilə geri gətirilirmiş.

6 tonluq yük C-130 tipli təyyarələr üçün böyük ağırlıq hesab edilmir. Texniki göstəricilərinə görə, bu təyyarələr 19 tona qədər yük daşıya bilir.

Havadan yük boşaltma qabiliyyətinə malik bu tip hərbi təyyarələrdə yüklər möhkəm şəkildə bərkidilir və zərurət yarandıqda arxa bölmədəki qapı açılaraq havadan atıla bilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar