Ru
09:14 / 17 Fevral 2026

Qiyməti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Qiyməti ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü
Eye

Amerikalı kontent yaradıcısı və güləşçi Loqan Paula məxsus “Pokemon” kolleksiya kartı ABŞ-də 16,5 milyon dollara alıcı taparaq, “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, indiyə qədər hərracda satılan ən bahalı kolleksiya kartı hesab olunur.

Kart cizgi filminin məşhur personajı “Pikaçu”nun orijinal dizayneri Atsuko Nişida tərəfindən hazırlanıb. Loqan Paul kartı əvvəlcə 2021-ci ildə 5,2 milyon dollara almış və sonradan hərraca çıxarmışdı.

Alıcı ABŞ Prezidenti Donald Trampın kommunikasiya direktoru vəzifəsində çalışmış Entoni Skaramuççinin oğlu Entoni Skaramuççi-kiçik olub. Nadirliyi ilə diqqət çəkən kart satışa çıxarıldığı 41-ci gündə yeni sahibini tapıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar