Dünya birjalarında qızılın qiymətindəki dinamika daxili bazara da təsir edib.
“Bakupost” xəbər verir ki, hazırda dünya birjalarında (COMEX) qızılın bir troya unsiyasının qiyməti təxminən 3984 ABŞ dolları səviyyəsində ticarət olunur.
Beynəlxalq birjalardakı göstəricilərə və rəsmi məzənnəyə əsasən, Azərbaycanda təmiz qızılın (999 əyar) 1 qramının qiyməti 224.08 AZN – 224.91 AZN arasında dəyişir. Bir troya unsiyasının (31.1 qram) ölkədaxili rəsmi qiyməti isə 6995.41 AZN ətrafında qərarlaşıb.
Qeyd edək ki, qızıl qlobal bazarlarda iqtisadi dalğalanmalara qarşı ən etibarlı investisiya aktivlərindən biri hesab olunur.