Qızıl qiymətləri bu gün (22 dekabr) tarixi maksimum səviyyəyə qalxıb.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, qızıl ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən həftə həyata keçirdiyi 25 baza bəndi həcmində faiz endirimindən sonra 4 383,73 dollara yüksələrək bütün dövrlərin ən yüksək səviyyəsini yeniləyib.
Faizlərin daha da azalacağına dair proqnozlar, güclü “təhlükəsiz liman” tələbi və dolların zəifləməsi qızılın bahalaşmasını şərtləndirən əsas amillər sırasında göstərilir. Ənənəvi təhlükəsiz aktiv kimi qiymətləndirilən qızıl geosiyasi və ticarət gərginlikləri, mərkəzi bankların davamlı alışları və gələn il faizlərin daha da aşağı düşəcəyinə dair gözləntilər hesabına ilin əvvəlindən bu yana 67% dəyər qazanıb.
Cavid, BakuPost