"Qızımın hamilə olduğunu xəstəxanada öyrəndim" - VİDEO
792
Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. Məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə APA TV-nin videomaterialında məlumat verilib.
Hadisə ilə əlaqədar yeniyetmənin anası bildirib ki, baş verənlərdə qonşuları günahkardır: "Bu barədə heç bir məlumatım olmayıb. Martın 31-də qızımı Ağdaşda həkim müayinəsinə apardıqda hamilə olduğunu öyrəndim. Qızım hadisəni törədən şəxsin qonşumuz olduğunu bildirib. O, qızıma təcavüz edib. Biz ailəvi dost idik, mütəmadi olaraq bir-birimizin evinə gedib-gəlirdik".
Ananın ittihamlarına cavab verən qarşı tərəfin atası isə oğlunun günahsız olduğunu iddia edib: "Məsələ ilə bağlı altı-yeddi nəfər izahat vermək üçün polis şöbəsinə çağırılıb. DNT analizi cavabı hər şeyi aydınlaşdıracaq. Mənim övladımın üzərinə şər atırlar".