Rusiya hökuməti ölkənin doqquz regionu üçün ümumilikdə 25,5 milyard rubl (311 milyon 292 min 500 dollar) məbləğində borcun silinməsi barədə qərar qəbul edib.
Bakupost.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Baş nazir Mixail Mişustin məlumat verib.
Onun sözlərinə görə, sosial əhəmiyyətli layihələrə sərmayə qoymuş regionların da kredit borclarının 3/2-i silinə bilər.
Borcu silinəcək regionlar bunlardır:
Astraxan, Kostroma, Penza, Saratov və Tomsk vilayətləri, Başqırdıstan, İnquşetiya, Udmurtiya və Xakasiya respublikaları...
Bundan əvvəl hökumət benzinin ixracına qoyulan qadağanı 31 oktyabra qədər uzadıb. Qadağa bütün istehsalçı və təchizatçılara şamil ediləcək.
Ayxan,
BakuPost