Ru
21:55 / 14 Fevral 2026

Qurban Qurbanov bu komandaya 10 min ayırdı

Qurban Qurbanov bu komandaya 10 min ayırdı
Eye

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zaqatala”ya maddi yardım göstərib.

Bakupost.az Sportinfo-ya istinadən xəbər verir ki, o, doğma rayonunun eyniadlı təmsilçisinə 10000 manat ianə ayırıb.

Həmin məbləğ komandanın müəyyən məsrəflərinin qarşılanması üçün nəzərdə tutulub.

Əyalət klubu 12 ildir I Liqada mübarizə aparır. Ağdamlıların çalışdırıcısı ötən müddət ərzində daim “yaşıllar”a kömək əlini uzadıb. Onun böyük qardaşı Musa Qurbanov da buradadır. Tanınmış funksioner Müşahidə Şurasında yer alır.

“Zaqatala” hazırda I Liqanın ortababları arasındadır. Rüstəm Məmmədovun çalışdırdığı kollektiv 14 tur ərzində 18 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar