Ru
20:40 / 14 Fevral 2026

Kəmaləddin Heydərovun 3 müavini işdən çıxdı, neçəsi qaldı?

Kəmaləddin Heydərovun 3 müavini işdən çıxdı, neçəsi qaldı?
Eye

Xəbər verdiyimiz kimi, Kəmaləddin Heydərovun 3 müavini işdən azad edilib.

Bakupost.az xəbər verir ki, 3 müavin azad edildikdən sonra K.Heydərovun daha 3 müavini hazırda vəzifədədir.

1. Rəfail Xalid oğlu Mirzəyev, general-leytenant

Nazirin birinci müavinidir.

19 fevral 1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ailəlidir, 3 övladı var.

2. Tapdıq Əhliman oğlu Əmiraslanov

07 fevral 1978-ci ildə Moskva şəhərində anadan olub. ABŞ Hyuston Universiteti və St. Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Ailəlidir, 2 övladı var.

3. Adil Ələsgər oğlu Abdullayev, general-leytenant

21 sentyabr 1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, bundan öncə K.Heydərovun daha bir müavini, PA-nın sabiq rəhbəri, hazırda barəsində cinayət işi davam edən Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev vəzifəsindən azad edilmişdi.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar