Ru
19:45 / 14 Fevral 2026

Naxçıvanda dəm qazı faciəsi: Ölənlərin sayı artdı

Naxçıvanda dəm qazı faciəsi: Ölənlərin sayı artdı
Eye

Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.


Uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.


Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov bu xəstəxanada həyatını itirib.

***

Naxçıvanda dəm qazı faciəsi yaşanıb.


Bakupost.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Oxu.az-ın yaydığı ilkin məlumatda hadisə nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmməd Məmmədovun dünyasını dəyişdiyi, nəvələri - 2020-ci təvəllüdlü F.Məsimova, 2018-ci il təvəllüdlü H.Məsimov, 2017-ci il təvəllüdlü M.Məsimov, 2021-ci il təvəllüdlü Ə.Məsimov və 2022-ci il təvəllüdlü H.Məsimovun isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyevanın Report-a verdiyi yenilənmiş məlumatda isə dəm qazından zəhərlənənlərin sayının yeddiyə çatdığı, onlardan beşinin azyaşlı olduğu qeyd olunur.

O deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib.

P.Əliyeva bildirib ki, onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər:

"Hazırda uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir".

Mərkəzin baş həkimi əlavə edib ki, uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35-40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan iki nəfər vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb.

"Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir. İlkin ehtimallara görə, hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib", - deyə baş həkim bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar