Ru
17:26 / 14 Fevral 2026

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi
Eye

Türkiyənin Muğla vilayətində 14 fevral Sevgililər Günü münasibətilə baş verən gülməli, amma ciddi nəticələnən hadisə sosial medianın diqqətini çəkib.

Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, şəhərin 112 Təcili Yardım Çağrı Mərkəzinə zəng edən kişi, təcili yardım üçün deyil, sadəcə tort sifariş etmək istəyib.

Bu səbəbdən ona 1 882 lirə (73 manat) cərimə kəsilib.

Adı açıqlanmayan şəxslə təcili yardım işçisi arasında belə bir dialoq olub:

- 112 Təcili Yardım Mərkəzi, buyurun.

- Biz sevgilimlə çox xoşbəxtik. 112 bizə kömək edə bilərmi? Yaxud xoşbəxtliyimizə bir qatqısı ola bilərmi?

- Sizin xoşbəxtliyinizə necə bir qatqı verə bilərik, bəy?

- Nə bilim, bir pasta göndərə, bir şeylər göndərə bilərsiniz. Yəni bilmirəm.

- Siz təcili yardıma ehtiyacı olan vəziyyətdəsiniz, bəy?

- Yox.

- Xahiş edirik, 112 təcili çağrı xəttini lazımsız zənglərlə məşğul etməyin. Təcili yardıma ehtiyacınız olmadığı üçün zəngi sonlandırıram.

112 Təcili Yardım Xidməti yayımladığı açıqlamada qeyd edib ki, “Eşq gözəldir, amma 112 acil çağrı ciddi bir işdir. Bəzi ürək çırpıntıları üçün 112 aranmaz”, - xəbərdarlığı ilə paylaşımını bitirib.

Hadisə sosial şəbəkələrdə həm əyləncəli, həm də maarifləndirici paylaşım kimi gündəmə gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar