ABŞ 2026-cı ilə qədər NATO ölkələri tərəfindən maliyyələşdirilən proqramın bir hissəsi olaraq Ukraynaya 15 milyard dollarlıq silah tədarük edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte PBS telekanalına verdiyi müsahibədə bildirib.
NATO-nun baş katibi qeyd edib ki, ABŞ Ukraynaya silah təchizatını dayandırmayıb. O qeyd edib ki, Vaşinqton Kiyevə ayda 1,2 milyard dollarlıq (1 milyard avroluq) silah tədarük edir.
Rutte bildirib ki, buna görə də, bu il yenidən təxminən 15 milyard dollarlıq (12 milyard avroluq) silah tədarükü olacaq və bu silahlara Rusiya raketlərini məhv etmək üçün hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, vacib öldürücü və qeyri-öldürücü sistemlər daxil olacaq.