Ru
15:14 / 14 Fevral 2026

26 yaşlı Səbinə toy qızılları ilə yoxa çıxdı: 3 şəhərdə eyni fırıldaq - FOTO

26 yaşlı Səbinə toy qızılları ilə yoxa çıxdı: 3 şəhərdə eyni fırıldaq - FOTO
Eye

Türkiyədə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı 26 yaşlı Səbinə Vahabova axtarışa verilib.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, 26 yaşlı Azərbaycan vətəndaşı Səbinə Vahabovanın Türkiyədə iki ayrı şəhərdə toy mərasimindən sonra külli miqdarda qızıl zinət əşyaları ilə qaçdığı iddia olunur.

Məlumata görə, Vahabova 28 noyabrda Çorumda keçirilən toyundan sonra təxminən 500 min türk lirəsi dəyərində qızılları götürərək yoxa çıxıb.

Daha sonra onun Kocaelinin Gebze şəhərində 39 yaşlı bir kişi ilə dini nikah mərasimi keçirdiyi ortaya çıxıb. Bu evlilikdən cəmi bir gün sonra isə Vahabovanın yenidən qaçdığı və bu dəfə təxminən 300 min türk lirəsi dəyərində qızıl zinət əşyalarını özü ilə apardığı bildirilir.

Hadisə mənzil binasının təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə qadının qızılları torbaya yığaraq ağ rəngli avtomobillə ərazidən uzaqlaşdığı əks olunub.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar