Ru
17:55 / 14 Fevral 2026

Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı

Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı
Eye

Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1400 manat pul vəsaitinin oğurlanması barədə polisə müraciət daxil olub.

Bakupost.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs tanışı ilə birlikdə toyda olarkən bank kartından pul çıxarması üçün onu saxlanılan şəxsə təqdim edib.

Nəticədə Ə.Qasımzadə kartda olan vəsaitin hamısını nağdlaşdırıb. O, oğurladığı pulla toyda kart sahibinin və özünün yerinə pul da yazdırıb.

Araşdırma davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar