Ru
22:08 / 21 Noyabr 2025

Qurban Qurbanov “Bu Şəhərdə”nin həmin səhnəciyindən danışdı - VİDEO

Qurban Qurbanov “Bu Şəhərdə”nin həmin səhnəciyindən danışdı - VİDEO
Eye

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində onunla bağlı hazırlanan səhnəciyə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o bu haqda mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

“Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm”, - deyə Qurban Qurbanov bildirib.

Xatırladaq ki, “Bu Şəhərdə” kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar