 
                                        Futbol üzrə U-21 yığmamızın hücumçusu, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı göz yaşlarını saxlaya bilməyib.
BakuPost.az  xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Gürcüstanla baş tutan oyunda (0:3) yaxın məsafədən topu qapıya göndərə bilməyən hücumçu uğursuzluğundan dolayı matçdan sonra kədərli anlar yaşayıb.
Meydanın mərkəzində uzanıb ağlayan futbolçunu baş məşqçisi Milan Obradoviç sakitləşdirib.
(publika.az)

 
                             
                             
                            