Ru
11:31 / 16 Oktyabr 2025

“Ramiz Mehdiyevə görə Xətaini hədəfə alırlar” - Açıqlama

“Ramiz Mehdiyevə görə Xətaini hədəfə alırlar” - Açıqlama
Eye

“Ramiz Mehdiyev elə şəxslərdəndir ki, ömrünün sonuna kimi zindana yatsa, törətdiyi cinayətlər bir yana, bədnam əməllərin yarısının əvəzini ödəyə bilməz. Lakin bu heç kimə haqq vermir ki, Ramiz Mehdiyev Şah İsmayıl Səfəvi haqqında kitab yazdığına görə Azərbaycan tarixinin ən böyük dövlət xadimi, Azərbaycan çoğrafiyasının bütöv vətən kimi bütövləşməsinin və Azərbaycan xalqının vahid etnos kimi formalaşmasının ən həlledici mərhələsi olan Səfəvilər Dövlətinin qurucusunu hədəfə alsın”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Xəqani Cəfərli bildirib.

“Şah İsmayı Səfəvi Azərabycan çoğrafiyasının bütöv vətən kimi bütövləşməsində və Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında müstəsna rol oynamış Babək Xürrəmi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə və Məhəmməd Əmin Rəsulzadə kimi şəxslərdən biridir ki, onu bu gün təftiş etmək Bütöv Azərbaycanın yoluna mina basdırmaqdır.

Şah İsmayıl Səfəvinin türk-islam dünyasını ikiyə parçalaması haqqındakı tezis Türkiyədəki qaranlıq dairələr tərəfindən Azərbaycana ixrac edilməyə çalışılır və məqsəd azərbaycanlı kimliyini məhv etməkdir. Bu məqsədlə məqalələr yazanlar bilməlidir ki, dövlət bu gün Ankara ilə münasibətlərə xələl gətirməmək üçün qəti tədbirlər görməsə də, Azərbaycan cəmiyyəti bu bədnam fəaliyyətin fərqindədir”,- deyə o qeyd edib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar