Ru
09:39 / 24 İyul 2025

Ramiz Mehdiyevin qızının mülkiyyəti müsadirə olundu

Ramiz Mehdiyevin qızının mülkiyyəti müsadirə olundu
Eye

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi”ində 1/2 hissə pay uğrunda mübarizəsi başa çatıb.

Bakupost.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün Ali Məhkəmə son qərarını açıqlayıb.

Yüksək instansiya məhkəməsi təsdiq edib ki, nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir. Bu səbəbdən kassasiya şikayəti rədd edilib.

"Baku Oksford Məktəbi” rəsmən müsadirə edilmiş hesab edilib.

Xatırladaq ki, "Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib. Məmmədovun özünün və yaxınlarının milyonlarla manat dəyərində əmlakı, o cümlədən "Baku Oksford Məktəbi” də müsadirə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar