Ru
15:39 / 09 Sentyabr 2020

Ramiz Mehdiyevlə Əli Həsənova daha bir ZƏRBƏ

3716

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 6 kafedrada vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Məlumata görə, həmin kafedralar bunlardır:

Politologya və siyasi idarəetmə kafedra müdiri

Dövlət qulluğu və kadr siyasəti kafedra müdiri

Beynəlxalq münasibətlər və xarici siyasət kafedra müdiri

Dövlət idarəetməsi və menecment kafedra müdiri

Fəlsəfə və sosial psixologiya kafedra müdiri

Dillər kafedra müdiri

Müsabiqədə bu istiqamətlər üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, elandakı iki kafedranın rəhbəri ölkənin tanınmış, məşhur simalarıdır.

Biri Prezident Admninistrasiyasının (PA) sabiq rəhbəri, akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyev, digəri isə professor, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdur.

R. Mehdiyev “Dövlət qulluğu və kadr siyasəti”, Ə. Həsənov isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiridir.

Ə. Həsənov 2000-ci ildən, R. Mehdiyev isə 1990-ci illərdən kafedra müdiri vəzifəsini tutur.

Bir çoxları bunun təsadüf olmadığını, hakimiyyətin “gözündən düşmüş” həmin şəxslərlə tam “üzülüşmə” prosesinin tərkib hissə olduğunu bildirirlər.

Bu baxımdan, hər iki şəxsin təkrar kafedra müdirləri seçilməsi və ya namizədliklərini yenidən irəli sürməsi qəliz, çətin görünür./Etikxeber.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər