Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Beloyarski rayon polis idarəsinin rəisi saxlanılıb.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, polis rəisi Boriskin yerli metal qəbulu ilə məşğul olan sahibkardan rüşvət alarkən cinayət başında yaxalanıb.
İstintaqın məlumatına görə, bu kimi hallar bir neçə dəfə baş verib, birincisi 2023-cü ilin oktyabrında qeydə alınıb.
Boriskinə rüşvət alma və rüşvət tələb etmə (hədə-qorxu ilə) maddələri üzrə ittiham irəli sürülüb. Onun saxlanılması əməliyyatını Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları həyata keçiriblər. Qaçmağa cəhd edən Boriskin müqavimət göstərib, nəticədə iki əməkdaş xəsarət alıb.
Hazırda ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə olunur.