Ru
16:48 / 06 Aprel 2026

“Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib

“Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib.

2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə ötən aydan Gəncə şəhərində də reallaşdırılır. Layihə ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqların reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasına xidmət edir.

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Uşaqları müşayiət edən yaxınları da onlarla birgə bu xidmətlə əhatə olunurlar.

Reabilitasiya proseduru bitdikdən sonra isə uşaqlar yenidən geri qaytarılırlar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar