Ru
13:29 / 20 Dekabr 2025

Rəşad Dağlı Ağakərimin dəfninə əklil göndərdi – FOTO

Rəşad Dağlı Ağakərimin dəfninə əklil göndərdi – FOTO
Eye

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.

Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar