Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.
Bakupost.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstana və onun xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Azərbaycan Qazaxıstanla tərəfdaşlığını yüksək qiymətləndirir və dostluq əlaqələrimizin daha da möhkəmlənməsini səbirsizliklə gözləyir. Milli Gününüz mübarək!”, - paylaşımda qeyd olunub.