Ru
11:55 / 25 Oktyabr 2025

Bərdədə maşın su arxına aşdı - Sürücü öldü

Bərdədə maşın su arxına aşdı - Sürücü öldü
Eye

Oktyabrın 24-də Bakı şəhər sakini Koroğlu Pirməmməd oğlu Rzayev Bərdədə qəzaya düşüb.

Bakupost.az xəbər verir ki, o, “Mitsubishi Pajero” markalı avtomobillə rayonun Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda idarəetməni itirib.

Bu zaman avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı Bərdə RPŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar