Məşhur idman jurnalisti Faiq Çetiner 69 yaşında dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, Çetiner 2023-cü ildə infarkt keçirmiş və əməliyyat olunmuşdu.
Faiq Çetinerin vəfatı idman mediasında böyük itki hesab olunur. Fanatik qəzeti mərhum jurnalistin ailəsinə və idman ictimaiyyətinə başsağlığı verib.
Gənclər və İdman Naziri Dr. Osman Aşkın Bak da Faiq Çetinerin vəfatı ilə bağlı başsağlığı mesajı yayıb:
"İdman mətbuatında görkəmli bir şəxs və jurnalist Faiq Çetinerin vəfat etməsi xəbərini dərin kədərlə öyrəndim. Ailəsinə, yaxınlarına və idman ictimaiyyətinə başsağlığı verirəm, Allah mərhum Faiq Çetinerə rəhmət eləsin."(Milli.az)