Ru
14:45 / 25 Oktyabr 2025

Fəzail Ağamalı ilə oğlu “qırğına” çıxdı – Partiyanın qurultayında nə baş verir? - YENİLƏNİB - FOTO

Fəzail Ağamalı ilə oğlu “qırğına” çıxdı – Partiyanın qurultayında nə baş verir? - YENİLƏNİB - FOTO
Eye

Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.


Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, Qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb.

Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib.

Faktı Elçin Ağamalı da Demokrat.az-a təsdiq edib:

"Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm".


***

Fəzail Ağamalı məsələ ilə bağlı APA-ya açıqlama verib. Sabiq dutat bildirib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib. Yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar