Ru
15:47 / 25 Oktyabr 2025

Mirzə Cəlilin Tbilisidəki barelyefində "Azərbaycan" sözü bərpa olundu

Mirzə Cəlilin Tbilisidəki barelyefində "Azərbaycan" sözü bərpa olundu
Eye

Tbilisidə Cəlil Məmmədquluzadənin barelyefinə müdaxilə aradan qaldırılıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, xatirə lövhəsindəki "Azərbaycanın" yazısı üzərindəki ağ cızıqlar xüsusi məhlulla silinib.

Yazının bərpası Azərbaycanın Gürcüstandakı səfirliyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası tərəfindən həyata keçirilib.

Muzeyin yerləşdiyi ərazidə təhlükəsizlik kameraları olmadığından yazının kimin tərəfindən silindiyini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, ev-muzeyinin yerləşdiyi binanın 2007-ci ildən mədəni irs abidəsi statusu var. Gürcüstanda bu cür tikililərin fasadlarına istənilən növ yazıların qanunsuz yazılmasına və "qrafiti"lərin çəkilməsinə görə 2 min lari məbləğində (1 250 manat) cərimə tətbiq olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar