Ru
17:52 / 25 Oktyabr 2025

Leysan, dolu, sulu qar... - Gələn həftə hava necə dəyişəcək?

Leysan, dolu, sulu qar... - Gələn həftə hava necə dəyişəcək?
Eye

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir.

Bu haqda Bakupost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ətraflı

Bildirilir ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Oktyabrın 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar