Ru
16:21 / 25 Oktyabr 2025

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - "Röyters"

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - "Röyters"
Eye

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Ukraynadakı müharibəni davam etirəcəyi təqdirdə rəsmi Moskvanın iqtisadiyyatının əsas sektorlarına tətbiq oluna biləcək əlavə sanksiyalar hazırlayır.

Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton həmçinin avropalı müttəfiqlərini Ukrayna üçün Amerika silahlarının alınması məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadəni dəstəklədiyi barədə məlumatlandırıb.

Bundan əlavə, ABŞ-də ölkədə yerləşən Rusiya aktivlərinin Kiyevin hərbi səylərini dəstəkləmək üçün yönləndirilməsi ehtimalı ilə bağlı daxili müzakirələr başlayıb.

Ağ Evin avropalı tərəfdaşlarından Moskvaya qarşı növbəti addımı atılmasını, bu addımın isə yeni sanksiyalar və ya əlavə tariflər ola biləcəyini gözlədiyi bildirilir.

Başqa bir mənbə bildirib ki, Tramp, güman ki, çərşənbə günü artıq elan edilmiş məhdudiyyətlərə Kremlin reaksiyasını qiymətləndirmək üçün bir neçə həftəlik "istirahət götürəcək".

Xatırladaq ki, ABŞ-nin son sanksiyaları Rusiyanın neft nəhəngləri – "Lukoil" və "Rosneft"i hədəf alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar